Koronavirusun ABŞ-dakı laboratoriyadan sızan patogendən yaranma ehtimalı var.
Hafta.az-ın yazdığına görə, bu qənaətə dünyanın ən nüfuzlu tibb jurnalı olan "The Lancet" "Covid-19" pandemiyasının iki illik tədqiqatı nəticəsində gəlib və məqalə dərc edib.
Məqalədə dünya üzrə 28 alimin yazdığı 58 səhifəlik rəy yer alıb. Məqalədə deyilir ki, "Covid-19"a səbəb olan SARS-CoV-2 virusunun təbii yayılma hadisəsi (heyvanlardan insanlara keçməsi) və ya laboratoriya sızması nəticəsində meydana çıxması mümkündür.
Tədqiqat, "Covid-19"un əvvəlcə bir bazarda heyvanlardan insanlara keçdiyi bildirilən Çinin Uhan şəhərindəki laboratoriyalara istinad edir. Bununla belə, məqalədə həmçinin qeyd olunur ki, müstəqil tədqiqatçılar hələ də ABŞ laboratoriyalarını araşdırmalıdırlar və Milli Sağlamlıq İnstitutu SARS-CoV ilə əlaqəli viruslar üzərində işlərinin təfərrüatlarını açıqlamağa müqavimət göstərir.
"Lancet" Komissiyasının sədri və Kolumbiya Universitetinin iqtisadçısı Ceffri Sachs, virusun təbiətdən deyil, ABŞ biotexnologiya laboratoriyasından gəldiyinə tam əmin olduğunu söyləyib. O, keçən iyul ayında "Politico" xəbər saytına demişdi ki, virusun ABŞ-ın maliyyələşdirdiyi laboratoriya tədqiqat proqramından gəldiyini düşünür.
Digər tərəfdən, Saksın açıqlamaları alimlər arasında mübahisələrə səbəb olub. Avqustda Sachs Nyu-York senatorunun oğlu və keçmiş baş prokuror, antivaksin sui-qəsd nəzəriyyəçisi kiçik Robert F.Kennedinin təqdim etdiyi proqramda vaksin imperativlərini "Holokost"la müqayisə etdikdən sonra tənqid atəşinə tutulub.
Kanadanın Peyvəndlər və Yoluxucu Xəstəliklər Təşkilatının virusoloqu Angela Rasmussen deyib: "Bu, "The Lancet"in mühüm elmi və tibbi tapıntıların çatdırılmasında aparıcı rolu ilə bağlı ən utancverici anlarından biri ola bilər. Hesabat "Covid-19"un necə yarandığına dair sübutlar təqdim edir".
Qlazqo Universitetinin Virus Tədqiqatları Mərkəzinin professoru David Robertson da belə deyib: “Bu cür mühüm mövzuda yanlış məlumatların yayılmasına töhfə verə biləcək çox təsirli hesabatı görmək həqiqətən məyusedicidir. Doğrudur, təbii mənşə tərəfində müxtəlif dəlillər var, məsələn, əlaqəli ara növlər, lakin bu, ABŞ laboratoriyalarını əhatə edən vəhşi fərziyyələr üçün hər hansı əsasın olması demək deyil".
Sachs isə mövzu ilə bağlı əvvəlki açıqlamalarının arxasında olduğunu bildirib. O, SARS-CoV-2-nin necə meydana gəldiyinə dair tədqiqatın bu hissəsinə şəxsən nəzarət etdiyini söyləyib.